Sizin reklam burada
Sizin reklam burada

“Ötən gün əmr verdim ki, dərhal…”

“Ötən gün əmr verdim ki, dərhal…”
Belarus Prezidenti Aleksandr Lukaşenko məmurları və tibb işçilərini respublikada “isteriya” olmadan və sakit şəkildə COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa çağırıb.

Lukaşenko bu barədə hökumət üzvləri və prezident administrasiyasının rəhbərliyi ilə görüşdə deyib.

“Qoy bu istiqamətdə isteriyasız, sakitcə işləsinlər”, - ölkə başçısı vurğulayıb.

Əlavə edib ki, yaxın gələcəkdə bu sahədə iş sistemi müxtəlif səviyyələrdə izləniləcək.

Eyni zamanda, Lukaşenko, yalnız koronavirusa deyil, sətəlcəm xəstəliyinə də diqqət yetirməyə çağırıb:

“Ötən gün əmr verdim ki, mənə təkcə COVID-19-la bağlı yox, sətəlcəmlə bağlı da dərhal hesabat verin. Çünki bu hər yerdə var və bir nömrəli problemdir”.

Lukaşenko həmçinin qeyd edib ki, ölkədə artıq iki-üç həftə əvvəl olduğu kimi, sətəlcəm xəstəliyinə tutulma hallarında artım yoxdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş