Sizin reklam burada
Sizin reklam burada

Bu gündən etibarən

Bu gündən etibarən
Rusiyada COVİD-19-a sürətli yoluxma müşahidə edilir. Yoluxma sayına görə İtaliya və İngiltərəni geridə qoyan Rusiya dünya üzrə üçüncü yerə yüksəlib.

Bütün bunlara baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin ötən gün sürpriz qərar verib. Bu qərarla iki aydır davam edən məcburi tətil başa çatıb.

Ötən gün xalqa səslənən Putin bəyan edib ki, pandemiya ilə mübarizədə yeni mərhələyə keçilir:

“12 maydan etibarən işçilərin pandemiya ilə bağlı tətili başa çatır. İş yerlərinin açılması tədbirlərin tamamilə aradan qaldırılması mənasına gəlmir. Yerli administrasiyaların vəziyyətə görə, tədbirlər almasına icazə verən səlahiyyətləri davam edəcək”.

Siyasi və iqtisadçı ekspertlərin təxminlərinə görə, Vladimir Putin iqtisadi təzyiqlər səbəbindən bu addımı atmaq məcburiyyətində qalıb. Putin ayrıca karantin rejiminin 65 yaşdan yuxarı insanlar üçün davam edəcəyini bildirib.

Xalqın iqtisadi durumuna diqqət çəkən Rusiya lideri deyib ki, hökumət qabaqlayıcı tədbirlər paketi qəbul edib və bunun əsasında iş yerləri və yardıma ehtiyacı olan insanlara dəstək veriləcək.

Xatırladaq ki, Rusiyada epidemiyaya yoluxanların sayı 221 min nəfəri aşıb. Ölənlərin sayı isə 2 mindən çoxdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş