Sizin reklam burada
Sizin reklam burada

Dünya dövlətləri koronavirusa qarşı

Dünya dövlətləri koronavirusa qarşı
Dünya dövlətləri koronavirusa qarşı qlobal mübarizə aparmaq üçün yeni kampaniyaya start veriblər.

Yeni koronavirusa qarşı peyvənd və müalicələrin araşdırılması üçün Avropa dövlətləri pul ayırmağa start veriblər.

Artıq Fransa koronavirusa qarşı peyvənd və müalicələrin araşdırılması üçün beynəlxalq təşəbbüsə 500 milyon avro məbləğində vəsait ayırıb.

Ümumdünya Səhiyyə Təşkilatının qəyyumluğu ilə Avropa İttifaqı tərəfindən təşkil edilmiş donorlarla videokonfransda Norveç də 1 milyard dollar ayırıb.

Türkiyə quruma nə qədər vəsait ayıracağını mayın 23-nə qədər açıqlayacaq.

Qeyd edək ki, donorlarla təşkil edilmiş videokonfransın əsas məqsədi ən azı 7,5 milyard avro məbləğində yardım toplamaq olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş