ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu

Gündəm / Səhiyyə

290

ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
ABŞ Səhiyyə nazirliyinə bağlı Qida və Dərman İdarəsi (FDA) koronavirusun müalicəsi üçün adı hallanan dərmanın – “Remdesivir”in sadəcə təcili vəziyyətlərdə və ümidsiz xəstələrdə istifadə olunacağını açıqlayıb.

Artıq FDA tərəfindən təsdiqlənən dərmanın adı tez-tez Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da keçir.

Rəsmi açıqlamada qeyd olunub ki, hazırda koronavirusun bilinən və yoxlanılmış hansısa bir müalicəsi olmadığı üçün həyati risk daşıyan xəstəliyin müalicə olunması sözügedən dərmanın potensial əks-təsirlərindən daha vacibdir.

Conflict.az