Sizin reklam burada
Sizin reklam burada

“Ölkəmizi bölürlər”

“Ölkəmizi bölürlər”
“Bəzi ölkələr Yəməndə baş verənlərə öz savaşları kimi yanaşdı, bəziləri isə öz oyunları ilə utanverici bir rəzalətin içinə düşdü”.

Иunu Yəmənin informasiya naziri Müəmmar əl-Əryani deyib.

Nazir Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki hərbi fəaliyyətlərinə bu sözlərlə diqqət çəkib:

“Qorxaqlar Yəməni xainlikləri ilə kürəyindən bıçaqladılar. Husi qiyamı və bundan sonra baş verənlər ağır bir imtahandır”.

Əryani ölkədə özünü “müstəqil dövlət” elan edən “Cənub Keçid Şurası”na BƏƏ ilə yanaşı, digər bölgə dövlətlərini də sərt tənqid edib:

“Tarix heç kimi bağışlamır. Yəməni bölmək istəyənlər cahildirlər, nə coğrafiya oxuyublar, nə də tarix. Öz kiçik maraqları üçün Yəməni bölmək istəyirlər, amma yəmənlilərin bu hücumların qarşısından çəkiləcəyini düşünənlər də axmaqdır”.

Dünən BƏƏ tərəfindən dəstəklənən “Keçid Şurası” Hadibu şəhərini ələ keçirmək üçün Yəmənin hökumət qüvvələri ilə döyüşlərə başlayıb.

“Keçid Şurası” aprelin 26-da Yəmənin cənubunda “muxtariyyətini” elan edib. Bundan sonra açıqlama verən ölkənin xarici işlər naziri Məhəmməd əd-Hədrami bunun üsyan olduğunu bildirib.

O, həmçinin bunun tərəflər arasında atəşkəsə dair imzalanmış Riyad anlaşmasının üzərindən xətt çəkmək demək olduğunu deyib.

Müvəqqəti paytaxt Ədən “Keçid Şurası”nın nəzarətindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş