“İkinci dalğa daha qorxunc olacaq”

Gündəm / Dünya

150

“İkinci dalğa daha qorxunc olacaq”
ABŞ Prezidenti Donald Tramp ölkəsində koronavirus pandemiyasının ikinci dalğasının yayılmayacağını bildirib.

Mütəxəssislər Amerika başçısının iddiasının əksinə olaraq, payız aylarında infeksiyanın yenidən yayılacağını bildiriblər.

Jurnalistlərə açıqlama verən ABŞ Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzinin direktoru Robert Redfild “Vaşinqton Post”a açıqlamasında virusun ikinci dalğasının daha qorxunc olacağını deyib.

Tramp Redfildin sözlərinin mətbuat tərəfindən təhrif olunduğu bildirərək, bunları söyləyib: “Redfild sadəcə olaraq, virusun qriplə birləşmə ehtimalına dair danışıb, qrip peyvəndi məsələsində xəbərdarlıq etmək istəyib”.

Conflict.az