Koronanın yeni növü gəlir

Gündəm / Səhiyyə / Video

659

Koronanın yeni növü gəlir
Çin mütəxəssisləri koronavirusla bağlı qorxunc açıqlama veriblər. Bu ölkədə Avropa və ABŞ-da virusla əlaqəli ölüm hallarının səbəbləri araşdırılıb. Mütəxəssislər koronavirusun mutasiyaya uğrayaraq ölümləri artırdığını bildiriblər.

Çindəki Zhejiang Universiteti SARS-COV-2 olaraq tanınan koronavirusun mutasiyaya uğrayan 30 fərqli növünü aşkarlayıb.

Mutasiya nəticəsində çoxalan 30 yeni virus arasında bəzi növlərin son dərəcə təhlükəli və sürətlə yayıldığı açıqlanıb.

Ən yüngül və zərərsiz koronavirus mutasiyasının ABŞ-ın Vaşinqton ştatında olduğu bildirilib. Mütəxəssislər son dərəcə ölümcül olan koronavirus mutasiyalarının digər mutasiyalardan 270 dəfə sürətli çoxaldığını vurğulayıblar.

Çinli alimlər bu araşdırmanın koronavirus müalicəsi və peyvənd üçün vacib bir tapıntı olduğunu qeyd ediblər. Vaksinin tapılmasında və müalicə üsulunun tətbiqində virusun mutasiyası nəzərə alınmalıdır.


Conflict.az