"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..."

Gündəm / Dünya

154

"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..."
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus dünyada hələ koronavirusla bağlı ən pis vəziyyətin keçib getmədiyini bildirib.

ÜST-ün Cenevrədəki mərkəzində videokonfransdan sonra brifinqdə danışan Tedros Adhanom Gebreyesus virusa qalib gəlməyin iki şərtini vurğulayıb.

Baş direktorun fikrincə, koronanın öhdəsində qlobal müqavimət və beynəlxalq həmrəylik hesabına gəlmək olar: "Bu iki faktor olmasa, inanın mənə, ən pis vəziyyət hələ qabaqdadı. Faciəni önləyək. Bu, elə virusdu ki, çoxları hələ bunun fərqində deyil".

Conflict.az