Sizin reklam burada
Sizin reklam burada

Sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək

Sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Dövlət İmtahan Mərkəzi karantin bitdikdən sonra dərhal ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun və qəbul, buraxılış imtahanların tarixlərini elan edəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova deyib.

İmtahanların tarixləri barədə hələlik heç nə deyə bilmədiklərini deyən N.Hüseynova qeyd edib ki, tarixlərin müəyyən edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılıdır:

“DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu hər zaman onlayn keçirilib. Biz sənəd qəbulunu indi də keçirə bilərik. Amma sənəd qəbulu zamanı elə bir kontingent olur ki, onlar mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər. Məsələn, bəzən oğlan abituriyentlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə məlumat elektron bazaya daxil olmur. Belə olduqda, həmin abituriyentlər mütləq sənəd qəbulu komissiyasına gəlməlidirlər. Yaxud xaricdə orta təhsil alanlar barədə məlumat da bizim bazada mövcud olmur. Belə abituriyentlər Azərbaycanın ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənədlərini komissiyaya təqdim etməlidirlər. Ona görə də biz gözləyirik ki, karantin müddəti bitsin”.

N.Hüseynova qeyd edib ki, imtahanların hansı formada keçiriləcəyi də karantin rejimindən asılıdır:

"Karantin müddəti bitdikdən sonra, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Amma karantin uzansa, biz də başqa plan əsasında imtahan keçirəcəyik. Azərbaycan dövləti, eləcə də bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı vacibdir. Mən inanmıram ki, hazırkı vaxtda hansısa valideyn yoluxma ehtimalını nəzərə alaraq, öz uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmasıına razılaşar. Bunu heç kim istəməz”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş