Sizin reklam burada
Sizin reklam burada

Tahir Məmmədov Gülnisə Ələkbərovanı vəzifəsindən azad etdi - Şamaxıda

Tahir Məmmədov Gülnisə Ələkbərovanı vəzifəsindən azad etdi - Şamaxıda
Conflict.az-a Şamaxıdakı mənbədən daxil olan məlumata görə bu gün Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun müvafiq əmri ilə başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ələkbərova Gülnisə Mübariz qızı tutduğu vəzifəsindən azad edilib. Xatırladaq ki. G.Ələkbərova Şamaxı rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayevin ən yaxın adamlarından hesab edilirdi. Oxucuların nəzərinə onu da çatdıraq ki, rayon ərazisindəki bir çox iri tenderlərin qalibi məhz Şamaxı rayon İcra Hakimiyyəti başıçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərovanın həyat yoldaşı Rəsul olub. Rayonun Dəmirçilər kəndinin turizm bölgəsi elan edilməsi projesində də, Rəsul əsas yerlərdən birinə sahib olub.
Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş