Ən çox qorxduğumuz məqam budur

Gündəm / Səhiyyə

195

Ən çox qorxduğumuz məqam budur
Bu virusa qarşı immunitet yoxdur.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç mediaya geniş müsahibəsində deyib.

Melita Vujnoviç bildirib ki, hələ virusa yoluxmuş adamların sonrakı aqibətinin necə olacağı məlum deyil:

“Ölkələrin adını çəkmək istəmirəm, amma onların adlarını yaxşı bilirsiz. Bax, indi karantin var. Bu ssenarilərin qarşısı alınmalıdır. Biz hələ bilmirik ki, virusa yoluxmuş adamların sonrakı aqibəti necə olacaq. 2009-cu il pandemik qripi xatırlayırsınızsa, hamilə qadınlar da ölürdü. O zaman media fərqli idi, sosial şəbəkələr yox idi. İnsanlar məlumatı bir mənbədən öyrənirdilər və fərqli davranırdılar. Ancaq Allaha şükür, bu qrip virusu daha az ölümcül oldu. Niyə? Çünki qrip insanlarda olmuşdu, müəyyən immunitet vardı. İndi isə fərqli situasiyadır, praktiki olaraq bu virusa qarşı immunitet yoxdur. Bu səbəbdən bu virus çox zəif səhiyyə sistemi olan dövlətə girərsə, ölüm faizi daha yüksək olacaqdır. Qorxduğumuz şey budur”.

ÜST rəsmisi infeksiyanın süni şəkildə yetişdirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Bütün alimlərdə belə bir möhkəm inam var ki, bu xəstəlikdir. Çünki elm adamları koronovirusun genomuna baxdılar və o qərara gəldilər ki, normal bir virusun bütün xüsusiyyətlərinə malikdir”.

Conflict.az