Rusiyada vəziyyət gərginləşir

Gündəm / Dünya

126

 Rusiyada vəziyyət gərginləşir
Son sutka ərzində Rusiyada COVID-19 koronavirus infeksiyası təsdiqlənmiş şəxslərin sayı 2774 nəfər artaraq 21 102-yə çatıb.

Bu barədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

“Son bir gün ərzində Rusiyanın 82 regionunda COVID-19-a 2774 yoluxma halı baş verib”, – deyə məlumatda bildirilib.

Qeyd edilir ki, əvvəlki gün yoluxanların sayı 2558 nəfər olub. Bu isə əvvəlki günlə müqayisədə 15,1 faiz artım deməkdir.

Son sutka ərzində Rusiyada koronavirusdan 22 ölüm hadisəsi baş verib. Bununla da ölənlərin sayı 170-ə çatıb.
Əlavə edilir ki, koronavirus Rusiyanın 51 yeni regionunda aşkarlanıb. Ümumilikdə hazırda Rusiyanın 82 regionunda koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.

O da bildirilir ki, son sutka ərzində Rusiyada koronavirusa yoluxmuş 224 xəstə sağalaraq evə buraxılıb. Beləliklə, sağalmış insanların sayı artıq iki min nəfərə yaxınlaşır – cəmi 1694 nəfər.

Conflict.az