Türkiyədə koronavirusdan ölənlərin az olmasının səbəbi açıqlandı

Gündəm / Dünya

197

Türkiyədə koronavirusdan ölənlərin az olmasının səbəbi açıqlandı
Türkiyədə koronavirusa yoluxanların sayının artmasına baxmayaraq, “Covid-19”dan ölənlərin az olması diqqət çəkir.

ABŞ-da fəaliyyət göstərən türkiyəli həkim, professor Məhmət Çilingiroğlu bildirib ki, buna səbəb Türkiyədə vaxtilə edilən peyvəndlər ola bilər.

Onun sözlərinə görə, vərəm və digər xəstəliklər əleyhinə peyvəndlərin koronavirusa qarşı effektli olması barədə məlumatlar var. “Ola bilər ki, Türkiyədə vaxtilə vərəm peyvəndi edildiyinə görə, indi koronavirusa yoluxanlar xəstəliyi ağır keçirmir. Əvvəl edilən bəzi peyvəndlərin koronavirusa qarşı təsir göstərdiyinə dair iddialar var. Lakin koronavirus yeni xəstəlik olduğuna görə biz bu təsiri elmi cəhətdən araşdıra bilməmişik” - deyə həkim bildirib.

ƏTRAFLI
urekliolurekleal.az
Qeyd edək ki, Türkiyədə 61 mindən çox insan “Covid-19”a yoluxub. 1296 nəfər dünyasını dəyişib. Digər ölkələrlə müqayisədə Türkiyədə virusa yoluxanlarla virusdan ölənlərin nisbəti olduqca azdır. Müqayisə üçün bildirək ki, Çində virusa yoluxan 82249 nəfərdən 3341-i, İranda 73303 nəfərdən 4585-i, İspaniyada 170099 nəfərdən 17756-sı, Fransada 136779 nəfərdən 14967-si, ABŞ-da isə 587155 nəfərdən 23644-ü dünyasını dəyişib.

Conflict.az