Koronavirusla bağlı xəbərdarlıq edən funkisya - "Sosial məsafəm"

Gündəm / Cəmiyyət

94

Koronavirusla bağlı xəbərdarlıq edən funkisya - "Sosial məsafəm"
Koronavirusla əlaqədar texnologiya şirkətləri tərəfindən xəbərdarlıqlar edilməsi davam edir.

"Snapchat" media şirkəti mobil tətbiqinə koronavirusla bağlı xəbərdarlıq edən iki yeni funksiya əlavə edib.

"Sosial məsafəm" adlanan filtir Ümumdünya Səhiyyə Təşkilatı və digər səhiyyə qurumları tərəfindən qəbul edilən məsafə ölçüsünə uyğun hazırlanmış sosial məsafə dairəsini göstərir. Beləliklə, istifadəçilər bu filtirin köməyi ilə digər insanlarla məsafələrini ölçə bilərlər.

Digər funksiya isə evdə qalmaq, əl yumaq və üzə toxunmamaq kimi virusa qarşı görüləcək tədbirləri xatırladır.

Qeyd edək ki, hər iki funkiyada Ümumdünya Səhiyyə Təşkilatının veb saytına keçid var.

Conflict.az