Dünyanı aclıq gözləyə bilər

Gündəm / Dünya

90

Dünyanı aclıq gözləyə bilər
Yeni növ koronavirus pandemiyası bütün dünya üzrə qida təchizatında problemlərə səbəb ola bilər.

Belə bir təhlükə barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəhbəri Tsyuy Dunyuy, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sədri Robert Azeveda və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus məlumat veriblər.

Onların sözlərinə əsasən, əgər müxtəlif ölkələrdə ərzaq məhsullarının çatdırılması ilə bağlı panika başlasa, ixracda məhdudiyyətlər yarana bilər. Bu da öz növbəsində qlobal bazarlarda ərzaq qıtlığına gətirib çıxaracaq.

Tsyuy, Azeveda və Qebreyesus dünya siyasətçilərini hətta koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması şəraitində belə, “ticarətin mümkün qədər sərbəst şəkildə aparılmağını” təmin etməyə səsləyiblər.

Conflict.az