KİV əməkdaşı işə getmirsə, evi tərk etmək üçün icazə almalıdır?

Gündəm / Cəmiyyət

98

KİV əməkdaşı işə getmirsə, evi tərk etmək üçün icazə almalıdır?
“Kütləvi informasiya vasitələrinin nümayəndələri iş üçün evdən çıxarkən qeydiyyata düşməsinə ehtiyac yoxdur”.
Conflict.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.
Onun sözlərinə görə, KİV nümayəndələri rahat şəkildə hərəkət edə bilərlər:
“Lakin hər kəs bilməlidir ki, qeydiyyata alınmış şəxslər yalnız öz fəaliyyət sahələri çərçivəsində hərəkət edə bilər. KİV-in əməkdaşı aptek və marketə gedən zaman SMS göndərib, cavab aldıqdan sonra yaşadığı evi tərk etməlidirlər. Çünki bu hal karantin rejiminin pozulmasıdır”.
Conflict.az