Putinlə görüşən həkim koronavirusa yoluxdu

Gündəm / Dünya

93

Putinlə görüşən həkim koronavirusa yoluxdu
Rusiya prezidenti Valdimir Putinin xəstəxanaya ziyarəti zamanı onu müşayət edən baş həkim Denis Protsenko koronavirusa yoluxub.

“Rossiya 24” televiziyasına istinadən xəbər verir ki, həkiminin virusa yoluxduğu məlum olandan sonra Putin təcili müayinədən keçirilib. Lakin onun testinin nəticəsi neqativ çıxıb. Qeyd edək ki, ptən həftə Vladimir Putin koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya baş çəkmişdi.

Qeyd edək ki, Rusiyada koronavirusdan 18 nəfər həyatını itirib. 2377 nəfər virusa yoluxub.

Conflict.az