Daha bir mühüm addım

Gündəm / Cəmiyyət

106

Daha bir mühüm addım
Azərbaycanda sahibkarların fəaliyyətini ağırlaşdıran qaydalar və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir.

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər qəbul edilərkən, onların 1 il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.