Sizin reklam burada
Sizin reklam burada

"Sürücülər imtina etməyiblər"

"Sürücülər imtina etməyiblər"
"Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər. DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik".

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomibil Nəqliyyatı Xitmətinin mətbuat katibi Nuridə Allahyarova deyib:
"Vətəndaşlardan xahiş edirik ki, o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət olmadığı təqdirdə evdən çıxmasınlar. Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirdilər. Onların da evdə gözləyənləri nəzərə alaraq evdə qalaq".

Conflict.az

  • Sosial şəbəkədə paylaş