Metropoliten sərnişinlərə müraciət etdi

Gündəm / Cəmiyyət

87

Metropoliten sərnişinlərə müraciət etdi
Bakı metrosundan istifadə edənlərin sayı əvvəlki günlərə nisbətən azalıb.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Metropolitenin də "Evdə qal" şüarı var:

"Artıq bir neçə gündür ki, yeni qaydalara görə, regionlardan Bakıya rayon qeydiyyatlı şəxslərin girişi müvəqqəti dayandırılıb və bu da metrodan istifadə edənlərin sayına təsir göstərib. Əlavə olaraq, Azərbaycana gələn turistlərin sayında da azalma müşahidə olunur. Bizim #evdəqal şüarımız var və biz bu şüarla insanları evdə qalmağa dəvət edirik".

B.Məmmədov əlavə edib ki, insanlar arasında məsafəni nə qədər çox saxlasaq, bir o qədər koronavirusa yoluxma riskini azaltmış olarıq:

"Ona görə də tövsiyə olunur ki, metrodan istifadə mümkün qədər az olsun".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Conflict.az