Böhranından istifadə edib milyonçu oldu

Gündəm / Dünya

86

Böhranından istifadə edib milyonçu oldu
Böyük Britaniyada Mark Ali adlı həkim koronavirus testlərini varlı insanlara dəyərindən dəfələrlə baha qiymətə sataraq külli miqdarda gəlir əldə edib.

Xarici KİV xəbər verir ki, təqribən 7 minə yaxın preparat satan həkim 3 milyon avro əldə edib. Lakin Səhiyyə Nazirliyi həkimin addımını sərt tənqid edib. Bildirilib ki, həkimin satdığı test preparatlarının təsirləri səhiyyə təşkilatı tərəfindən təsdiq olunmayıb. Buna görə də, preparatdan istifadə təhlükəlidir.

Məlumata görə, həmin test preparatları İrlandiyada istehsal olub. Həkim onları öz şəxsi xəstəxanasında satıb. Satılan preparatların miqdarından xəbərsiz olduğunu deyən Mark Ali isə əhaliyə “xidmət” etmək üçün belə atdığını bildirib.

Conflict.az