KORONAVİRUS VƏ YENİ DÜNYA REALLIĞI

Gündəm / yazar

120

KORONAVİRUS VƏ YENİ DÜNYA REALLIĞI
Bəşəriyyətin bir nömrəli probleminə çevrilən koronavirusun fəsadları bu gündən sonra çox böyük ehtimalla daha ağır olacaq. Amma əminəm ki, koronavirus ən böyük zərbəsi ikinci dünya müharibəsindən sonra formalaşmış beynəlxaqlq münasibətlər sisiminə və bu münasibətlər sistemini tənzimləyən ədalətsiz beynəlxalq hüquq sisteminə dəyəcək. Ədalətsiz beynəlxalq hüquq sistemi ona görə deyirəm ki, ikinci dünya müharibəsinin qalibləri tərəfindən formalaşdırılan yeni beynlxaq münasibətlər sisteminin əsas institutu olaraq meydana çıxan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvünün dövlət maraqlarını veto hüququ adı altında digər dünya dövlətlərinin maraqlarından üstün hüquqa malik olduğunu təsbit etdi. Sovetlər İttifaqı dağıldıqdan sonra beynəlxalq münasibətlərin tənzimlənməsində əvvəlki qədər effektiv olmayan beynəlxalq hüquqa edilən əlavə və dəyişikliklər qlobal böhranın miqyasını nəinki azaltmadı əksinə 2010-cu ildən sonra “Ərəb Bahırı” ilə özünün yeni mərhələsinə qədəm qoydu. Ənənəvi və yeni beynəlxalq və regonal güclər beynəlxalq hüququ heçə sayaraq öz milli maraqlarını və milli təhlükəsizliklərini əsas götürərək dövlətlərin suverenlik, müstəqillik, ərazi bütövlüyü kimi təməl hüquqlarına təcavüz etdilər. İkinci dünya müharibəsindən sonra dövlətlərin ərazi bütövlüklərini, suverenliklərini və müstəqilliklərini kənar müdaxilələrdən qorumaq üçün çan atdıqları nüvə dövləti olmaq arzuları artıq öz aktuallığını itirdi. Koronavirusun bu gün tüğyan etdiyi bir çox dövlətlər çox güclü nüvə dövlətidir. Həm də qlobal güclərdir. Amma koronavirusla mübarizədə bu gün çox misgin görünürlər. Çox yaxşı xatırlayıram, “Ərəb Bahırı” yeni başlayanda o zaman Azərbaycan mətbutında siyasilərin və ekspertlərin tez-tez səsləndirdiyi bir fikir vardı. “Dünya ədalətə hamilədir!” Bəli, həqiqətən koronavirus təhlükəsi göstərdi ki, ya hamı İNSAN kimi yaşamalıdır! Yada hər kəs acı sürprizlərə hazır olmalıdır. İdda etmirəm ki, koronavirus təhlükəsi yekunlaşmaqla hər şey öz axarına düşəcək. Amma hər kəs xüsusilədə dünyaya höküm edənlər fərqində oldular ki, dünyanı əvvəlki kimi idarə etmək indi çox müşkilə çevriləcək. Əzilən xalqlar öz haqlarını əldə etmək üçün kamikadzelər yox, genmühəndisləri yetişdirərək yeni-yeni viruslarla öz haqları uğrunda savaşacaqlar.
P.S. Dostlar! Çalışın özünüzdən müqayyət olun, hər şey çox gözəl olacaq!

Taleh Əliyev
Ümid Partiyası İcra Aparatının rəhbəri


Conflict.az