Sizin reklam burada
Sizin reklam burada

Polis 5 rayonda əməliyyat keçirdi

Polis 5 rayonda əməliyyat keçirdi
Bakının Qaradağ rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan P.Tağıyev saxlanılıb.

Ona məxsus “Hyundai” markalı avtomobildən 550 qramdan artıq heroin, Lökbatan qəsəbəsindəki evindən isə 26 qramdan artıq heroin və 6 qramdan artıq metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların yaşadıqları mənzildən isə əlavə olaraq 645 qram marixuana və 8 qrama yaxın heroin götürülüb.

Bundan başqa, Astara rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Səmədov tiryək satarkən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun evindən 3,7 kiloqrama yaxın tiryək, həmçinin heroin və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onların kirayədə yaşadıqları mənzildən isə əlavə olaraq 331 qrama yaxın heroin, 75 qrama yaxın metamfetamin və 35 ədəd metadon aşkar edilib.

Daha bir əməliyyat Ağdaş rayonunda keçirilib.

Ağdaş rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini R.Hüseynov saxlanılib. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülüb.

Oxşar əməliyyat Yevlaxda da keçirilib. Yevlax rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 436 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Zərdab rayonunda isə silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Zərdab rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sarıqaya kənd sakini Y.Yolçuyevdən mavafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan baqa, Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdapay kənd sakini K.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-57” markalı ov tüfəngi aşkar edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş