Neçəsi həbs olunmalıdır ki, bu çirkin əməldən əl çəksinlər?

Gündəm / Siyasət

318

Neçəsi həbs olunmalıdır ki, bu çirkin əməldən əl çəksinlər?
Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əmək haqqı səviyyəsindədir. İndi minimum əmək haqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar.

Bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman deyib.

Prezident bildirib ki, bəzi hallarda bu pullar mənimsənilir:

“Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu, eşitmədilər, ikinci hadisə oldu, eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.

Conflict.az