Sizin reklam burada
Sizin reklam burada

“O diplomatı geri çağırın!”

“O diplomatı geri çağırın!”
Quliyev vəzifəsinə son verilərək geri çağrılsın".

Ovqat.com xəbər verir ki, Azərbaycan XİN qarşısında bu tələbi qaldıran Ermənilərin Əsassız İddiaları ilə Mübarizə Beynəlxalq Birliyinin (ASİMDER) Mərmərə üzrə regional şöbəsinin rəhbəri Əli Gülbeydir.

Asimder'den Başkonsolos Guliyev'e tepki

Əli Gülbey Türkiyənin nüfuzlu media qurumlarında dərc olunan bəyanatında bildirib ki, ASİMDER Türkiyədə erməni diasporunun gizli planlarını pozduğu qədər Azərbaycanın da Türkiyədəki güclü səsi olub və olmaqdadır: "Türkiyədə və Avropa ölkələrində erməni diasporuna qarşı fəaliyyət göstərən ASİMDER Ümumi Mərkəzi eyni zamanda da qardaş ölkə və qandaşımız Azərbaycanın da uğradığı işğalı və haqsızlığı Türkiyədə dilə gətirən tək güclü səsi olub. Genel Başqanımız Göksel Gülbey məhz buna görə üç dəfə erməni lobbisinin uzantıları, bir dəfə isə Dr. Adnan Oktar tərəfindən məhkəməyə verilib. Ancaq onun Azərbaycanın baş konsulu Nuru Quliyev tərəfindən məhkəməyə verilməsi və İğdır Valiliyinə istintaq başlatmaq üçün məktub yazılması bizi həm incitdi, həm də kədərləndirdi. Rəhbərimiz Göksel Gülbey haqqında Valiliyə şikayət məktubu yazan Azərbaycanın baş konsulu Nuru Quliyevi şiddət və təəssüf hissi ilə qınayırıq."

Təkcə ermənilər tərəfindən deyil, həm də Azərbaycanın Baş konsulu tərəfindən susdurulmağa çalışılan ASİMDER-in hər zamankindən daha güclü olacağını və heç kimsəyə boyun əyməyəcəyini söyləyən Gülbey Azərbaycan və Türkiyə XİN-nin bu məsələyə səssiz qaldıqlarının səbəbini hələ də anlamadıqlarını etiraf edib: “Təyin edildiyi 2016-ci ildən bəri ASİMDER-ı özünə hədəf olaraq seçən Nuru Quliyevin niyyəti nədir, onu da bilmirik. Buradan təkrar ifadə etmək istəyirəm: ASİMDER sədri Göksel Gülbeyin Çorum vilayətinə təyinatı dayandırılsın və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə-Azərbaycan əlaqələrinə zərər vuran baş konsul Nuru Quliyev vəzifəsinə son verilərək geri çağrılsın”.

Qeyd edək ki, Baş konsul Nuru Quliyev ASİMDER rəhbəri Göksel Gülbeyin ona böhtan atması iddiası ilə İğdır Respublika Prokurorluğuna şikayət etmiş, prokurorluq isə bu şikayəti əsassız hesab edərək, məhkəmə istintaqına lüzum görməmiş və geri qaytarmışdır. Baş konsul digər şikayətini isə İğdır Valiliyinə göndərmişdir. Valilik isə, görünür, bu insidentin iki dövlət arasında ziddiyyətə çevrilməməsi üçün Göksel Gülbeyin İğdırdakı vəzifəsinə son qoyub Çorum vilayətinə göndərilməsini təşkil etmişdir. İnsidentə səbəb isə Nuru Quliyevin Fəthulla Gülənlə çəkdirdiyi iddia olunan fotonun Azərbaycanın hökumət qurumlarına göndərilməsi olmuşdur. Baş konsul bunun Gülbey tərəfindən servis olunduğunu və şantaj məqsədi daşıdığını desə də, əks tərəf iddiaları qəbul etmir.

  • Sosial şəbəkədə paylaş