Koronavirusa yoluxanların sayı 113 mini keçdi

Gündəm / Dünya

134

Koronavirusa yoluxanların sayı 113 mini keçdi
Son bir gündə dünyada 4125 nəfər koronavirusa yoluxub, 203 nəfər isə dünyasını dəyişib.

Reuters xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 min 702 nəfər olub, onlardan 80 min 924-ü Çində qeydə alınıb.

Conflict.az