Sərnişin təyyarəsini Rusiya vurub!

Gündəm / Kriminal

530

Sərnişin təyyarəsini Rusiya vurub!
Beynəlxalq İstintaq Qrupu uzunmüddətli istintaqdan sonra MH17 reysi üzrə hərəkət edən “Boinq 777” təyyarəsinin ilkin olaraq Rusiyanın “Buk” zenit-raket qurğu ilə vurulduğu qənaətinə gəlib.

Bu sözləri prokuror Vard Ferdinandusse deyib.
“BİQ daha bir neçə versiyanı da nəzərdən keçirib: Təyyarənin göyərtəsində partlayışın olduğu, qırıcı tərəfindən vurulması, Ukrayna Silahlı Qüvvələrinin hədəf alması... Bütün bu ssenarilara materiallarda baxış keçirilir və dəlillər araşdırılır”, - deyə prokuror bildirib.

Xatırladaq ki, 2014-cü ilin 17 iyulunda Donetsk yaxınlığında separatçılar tərəfindən vurulduğu iddia edilən Malaysiyaya məxsus sərnişin təyyarəsində 298 sərnişinin hamısı həlak olmuşdu.

Conflict.az