Azərbaycanda üç yüksək vəzifəli şəxs saxlanıldı

Gündəm / Kriminal

545

Azərbaycanda üç yüksək vəzifəli şəxs saxlanıldı
Saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib:

“Bəli saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

Azərbaycanda qaçaqmalçılıqla bağlı üç yüksək vəzifəli məmur saxlanılıb.

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Conflict.az