Sizin reklam burada
Sizin reklam burada

Həqiqətlər ortaya çıxdı

Həqiqətlər ortaya çıxdı
Rusiya və Türkiyə Prezidentləri arasında keçirilən görüşdə çəkilən fotolar müzakirə mövzusuna çevrilib. Rusiya Prezidenti Vladimir Putinin fotolarda yer alan detallar üzərindən türk həmkarına mesaj verdiyi iddia edilib. Lakin gerçəyin belə olmadığı ortaya çıxıb.

Sosial şəbəkələrdə yayılan fotolardan birində əks olunan heykəlin 1877-1878-ci illərdə baş verən Rus-Osmanlı savaşında qalib gələn rus əsgərlərini simvolizə etdiyi bildirilib.

“Balkanlardan keçid yürüşü” adlanan heykəl salondakı sobanın üstündə yer alıb.

İkinci fotoda isə Osmalı ordusunu iki dəfə məğlub etmiş çariça Yekaterinaya məxsus heykəl əks olunub. Lakin Putinin bununla türk həmkarına hansısa mesaj vermədiyi həqiqəti də sonradan aydın olub.

Belə ki, Rusiya Prezidentinin İsrailin Baş naziri Binyamin Netanyahu, Almaniya Kansleri Angela Merkel və digər dövlətlərin başçıları ilə görüşlərində çəkilən fotolarda da həmin detallar öz əksini tapıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş