Sizin reklam burada
Sizin reklam burada

Jurnalistin yazısına görə iki nəfəri işdən çıxartdılar

Jurnalistin yazısına görə iki nəfəri işdən çıxartdılar
Azərbaycanlı jurnalist Lev Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" qəzetinin veb-səhifəsində 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısının yayımlanması ilə bağlı qalmaqal böyüyür.
Yeniavaz.com xəbər verir ki, Lev Əsgərovun "Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” (“Сумгаитская трагедия. С чего начиналось и как это было”) başlıqlı məqaləsinin yayımlandığı "Nezavisimaya qazeta" qəzetində baş redaktorun iki müavini işdən uzaqlaşdırılıb.
"Nezavisimaya qazeta"nın baş redaktorunun müavinləri Andrey Riskin və Arkadi Xantseviçin işdən çıxarılmasının barədə rəsmi məlumat olmasa da, artıq onların adı qəzetin veb-səhifəsindən götürülüb.
Qeyd edək ki, daha əvvəl Rusiyadakı erməni diasporunun təzyiqi səbəbindən həmin yazı "Nezavisimaya qazeta"nın saytından götürülüb.
Eyni zamanda Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanlı jurnalist Lev Əsgərovun cəzalandırılmasını tələb edib.
Məlumat üçün bildirək ki, Lev Əsgərov bu yazısında müəllif arxiv materiallarına istinadən Sumqayıt hadisələrinin əsl iştirakçılarının ermənilər olduğunu göstərib.
Onu da qeyd edək ki, Əsgərov Lev Mabudoviç 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik edib. Ordu sıralarında hərbi xidmətdə olub (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxıb. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olub. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunub. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş