Kremldən şok açıqlama

Gündəm / Dünya

157

Kremldən şok açıqlama
Suriyada Rusiya ilə Türkiyə arasında insident yaşanmasını orduların yaxın təmasları və dialoqu sayəsində əngəlləmək olar.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov BMT-nin Suriya üzrə Araşdırma Komissiyasının Rusiyanın İdlibdə müharibə cinayəti işlədiyinə dair ittihamlarını yekdilliklə rədd etdiklərini söyləyib: “Bu ittihamlar İdlibdəki terrorçuların Suriya ordusuna qarşı hücuma keçdiyi zamandan 1-2 gün sonra qaldırıldı. Heç bir komissiya meydanda olanlar haqqında etibarlı məlumat əldə edə bilməz”.

Kremlin mətbuat katibinin media ilə konfransında “Blumberq”in Almaniya kansleri Angela Merkellə yaxın mənbəyə istinadən yaydığı 6 martda Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Merkelin qatılacağı dördlü zirvə iddiası da gündəmə gətirilib. Peskov Putinin gündəliyində 6 martla bağlı planın olmadığını bildirib.

Conflict.az