Türkiyəyə hücumun arxasından Rokfeller çıxdı

Gündəm / Siyasət

143

Türkiyəyə hücumun arxasından Rokfeller çıxdı
Türkiyədə Avrasiyaçılıq xəttini dəstəkləyən “Aydınlı” qəzeti İdlib böhranı və Ankara ilə Moskvanın üz-üzə gəlməsinin arxasındakı güclərdən bəhs edən məqalə yayımlayıb.

Məqalədə qarşıdurmanın arxasındakı gücün ABŞ, daha doğrusu Vaşinqtonun xarici siyasətini müəyyən edən Xarici Əlaqələr Şurası (CFR) olduğu iddia olunur: “CFR-nin fəxri prezidenti, əslində gerçək rəhbəri “Dünya İmperiyası” və “Yeni Dünya Nizamı”nın hamisi Datüvid Rokfellerdir. CFR-nin media orqanı olan “Foreign Affairs” nəşri son günlər İdlib məsələsini qabartmaqdadır. Nəşr tez-tez Suriyada yeni fürsətlərin yarandığını yazır. Məsələn, Cenifer Cafarella yazır ki, “İŞİD yenidən dirilir”, “Derada rejim əleyhdarları hərəkətə keçir”, “İran və Livandakı böhran Əsədi maliyyəsiz vəziyyətə saldı”, “Türkiyə-Rusiya gərginliyi yeni fürsətlər yaradır”. Cafarella bir tərəfdən bildirir ki, “Türkiyənin İdlib əməliyyatına dəstək verilməlidir”, digər tərəfdən “kürdlərə dəstək davam etməlidir”. Burada bir tərəfdən maliyyəsiz qalan Əsədin ABŞ-ın dedikləri ilə razılaşması planı var. Yəni Əsəddən PKK\PYD məsələsində güzəştə getməlidir. Digər tərəfdən, Türkiyə və Rusiyanı üz-üzə qoymaqdır”.

Conflict.az