Ağ Evdə koronavirus təhlükəsi ilə bağlı təcili iclas

Gündəm / Səhiyyə

104

Ağ Evdə koronavirus təhlükəsi ilə bağlı təcili iclas
ABŞ-da Prezident Donald Trampın sədrliyi ilə bu gecə koronavirus təhlükəsi ilə bağlı toplantı keçiriləcək.

Bu barədə ABŞ Prezidenti Tramp özünün Tvitter hesabında yazıb.

Prezident qeyd edib ki, toplantı Ağ Ev-də baş tutacaq.

Qeyd edək ki, artıq Çində ortaya çıxan koronavirus dünyanın hər tərəfinə yayılıb. ABŞ koronavirusla mübarizəyə bir milyard dollardan çox vəsait ayırıb.

Conflict.az