Sizin reklam burada
Sizin reklam burada

Səhiyyə islahatlarına etiraz edən adam özünü yandırdı

Səhiyyə islahatlarına etiraz edən adam özünü yandırdı
Ukraynada səhiyyə islahatlarına etiraz edən bir adam prezident aparatının qarşısında özünü yandırıb.

Ukraynanın paytaxtı Kiyevdə səhiyyə islahatlarına etiraz etmək istəyənlər bu gün prezident aparatının qarşısında toplaşıblar. Etirazçılar şüarlar səsləndirərkən kütlənin arasından çıxan bir adam üzərinə benzin tökərək özünü yandırıb.

Ətrafdakıların müdaxiləsindən sonra tibbi birqadalara məlumat verilib və Aleksandr Leonidoviç adlı şəxs xəstəxanaya yerləşdirilib.

Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Sumy şəhərində yaşayan Leonidoviçin islahatlar səbəbi ilə yerli rəhbərliklə yaşadığı problemləri elan etmək üçün belə bir yol seçdiyi iddia edilib. Leonidoviçin müalicəsinin davam etdiyi bildirilərkən, son vəziyyəti ilə bağlı ətraflı açıqlama verilməyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş