Virusa yoluxanların hamısı sağaldı

Gündəm / Səhiyyə

78

Virusa yoluxanların hamısı sağaldı
Koronavirus diaqnozu qoyulan şəxslərin hamısı sağalıb.

Bu sözləri Fransa Səhiyyə naziri Oliviye Veran deyib.

“Fransa ərazisində daha koronavirusa yoluxmuş şəxs yoxdur. Virus daha yoxdur. Liona aparılan axırıncı xəstə də sağalıb. O, artıq sağalıb və evinə qayıda bilər”, - deyə nazir bildirib.

Qeyd edək ki, Fransada 12 koronavirus daşıyıcısı qeydə alınmışdı ki, onlardan 1 nəfəri ölmüşdü.

Bundan əlavə, nazir Fransa koronavirus təhlükəsindən dolayı İtaliya ilə sərhədin bağlamayacağını bildirmişdi.

Conflict.az