Cəlilabad sakini koronavirusa yoluxub?

Gündəm / Cəmiyyət

128

Cəlilabad sakini koronavirusa yoluxub?
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-in mətbuat xidməti xəbər verir ki, ötən gün və əvvəlki günlərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına koronavirus şühbəsi ilə xəstə gətirilməyib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.

Məlumat üçün bildirək ki, İranda koronavirusdan 12 nəfər dünyasını dəyişib. Azərbaycan İranla sərhəd keçid məntəqələrində məhdudiyyət tətbiq edir.

Conflict.az