Sizin reklam burada
Sizin reklam burada

Deputatdan inanılmaz çıxış

Deputatdan inanılmaz çıxış
Suriyalılar bombalandıqları üçün Türkiyəyə gəlmirlər, Türkiyəyə gəlmək üçün bombalanırlar.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin İYİ Partiyasından olan deputatı Ümid Özdağ deyib.

O bildirib ki, bu miqrasiya strateji şəkildə planlaşdırılır:

“20 il sonra Türkiyədə 15 milyon suriyalı olacaq. Türkiyənin və regionumuzun əsas problemi suriyalılardır”.

Deputat bildirib ki, Türkiyədə suriyalılardan əlavə, Yaxın və Uzaq Şərqdən gələn 1,4 milyon miqrant var:

“5,3 milyon suriyalıdan əlavə, Əfqanıstan, İraq, İran başda olmaqla, digər ölkələrdən gələn 1,4 milyon qaçqın var. Onlar türk milli kimliyini təhdid altında qoyaraq axın-axın Türkiyəyə gəlirlər. Xarici qüvvələr tərəfindən bəlli bölgədə yaşayan etnik tərkibin dəyişdirilməsi, yaxud gücləndirilməsi strategiyası yürüdülür”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş