Sizin reklam burada
Sizin reklam burada

Şok - Bankada insan beyni aparırmışlar

Şok - Bankada insan beyni aparırmışlar
Gömrükdə poçt qutusunun içindəki bankadan insan beyni çıxıb.

Hadisə Kanada-ABŞ sərhədindəki gömrük məntəqəsində qeydə alınıb.

ABŞ-ın Gömrük və Sərhəd Təhlükəsizliyi Xidmətinn inspektorları bu dəhşətli faktı fevralın 14-də ABŞ-ın Miçiqan ştatından Kanadanın Ontario əyaləti arasındakı Blue bater Bridge gömrük məntəqəsində aşkar etdiklərini bildirib.

Məlumata görə, insan beyni “Qədim təhsil nümunəsi” yazılan poçt qutusunun içində olub. Torontoda paketlənən bağlama Viskonsin əyalətinin Kenoşa şəhərinə göndərilib.

Gömrük və Sərhəd Mühafizə Agentliyinin açıqlamasında rəsmilərin içində insan beyni olan şüşə qabın sənədlərinin və ya ABŞ-a qanuni yollarla gəlməsi haqa fikir bildirməyib.

Səlahiyyətlilər Xəstəliklərdən Müdafiə və Qarşısının alınma Mərkəzlərinin və ABŞ Sağlamlıq İnstitutunun bu cür yüklərin daşınması üçün ciddi qaydalarının olduğunu qeyd ediblər.

Qeyd edək ki, bu, ABŞ gömrükçüləri üçün sensasiya olacaq olay deyil. Bundan daha dəhşətliləri olub. Məsələn, 2015-cü ildə Los-Angeles hava limanında gömrükçülər 67 ədəd Afrika ilanı tutmuşdular. İlanlar Nigeriyadan kaliforniyaya göndərilmişdi.

2006-cı ildə isə gömrük inspektorları dinazor yumurtaları aşkar etmişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş