Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb

Gündəm / Dünya

82

Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəmənin şimalında "Ənsar Allah" (husilər) üsyançıları tərəfindən atılan bir neçə ballistik raketi vurub.

Bu barədə "SPA" agentliyi Ərəb koalisiyasına istinadən bildirib.

Koalisiya nümayəndəsi polkovnik Turki əl-Maliki davam edən raket atəşlərini "vəhşi hücumlar" adlandırıb.

Yəmənlə sərhəddən 900 kilometr məsafədə yerləşən Səudiyyə Ərəbistanının Yanbu şəhərində uçan raketlərin videosu sosial şəbəkədə yayımlanıb.

Conflict.az