Zərdabdakı aksiya ilə bağlı rəsmi açıqlama

Gündəm / Cəmiyyət / Bölgə

85

Zərdabdakı aksiya ilə bağlı rəsmi açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunun Çallı kəndində baş verən etiraz aksiyasına münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib:

“Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilər etiraz aksiyası keçirildiyi, xeyli sayda saxlanan və xəsarət alanların da olduğu barədə məlumat yayılıb.

Conflict.az