11 məntəqənin də nəticəsi ləğv edildi

Gündəm / Cəmiyyət

69

11 məntəqənin də nəticəsi ləğv edildi
MSK-nın iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Nazim Azadoğlu və Faiq Kərimovun şikayətinə baxılıb.

MSK üzvü Tofiq Həsənov şikayətçilər dairə üzrə lider namizədin xeyrinə səslərin şişirdildiyini bildirdiklərini deyib.

T.Həsənov bildirib ki, şikayət qismən qismən edilıməlidir:

“Qanun pozuntuları yalnız 11 seçki məntəqəsi üzrə öz təsdiqini tapıb. Bunlar 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqləridir. Araşdırmaya 6 ədəd protokol daxil edilib. Bu məntəqələrdə seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilib. Göstərilən pozuntular məntəqələrin 2/5 hissəsindən azını təşkil etdiyindən səsvermə bütün seçi dairəsi üzrə etibarsız sayıla bilməz”.

Müzakirədən sonra 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 11 seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

Conflict.az