Sizin reklam burada
Sizin reklam burada

Makron İslamla mübarizənin yanlış olduğunu söylədi

Makron İslamla mübarizənin  yanlış olduğunu söylədi
Halbuki, “İslam” separatizmi və terrorizmini formalaşdırıb maliyyələşdirən elə onun arxasında dayanan və İslamla gerçəkdən mübarizə aparan super güclərdir…
Makronun bu çıxışından sonra Türkiyə və Əlcəzairdən Fransaya din xadimlərinin göndərilməsinə qadağa qoyulub...

“Fransa Respublikasının düşməni islamçı separatizmdir və bir din olaraq İslama qarşı mübarizə planı hazırlamaq böyük bir səhv olardı”.

“The Daily Mail” nəşrinin yazdığına görə, belə bir fikri separatizm və radikallaşmaya qarşı mübarizəyə dair çıxışında Fransa prezidenti Emmanuel Makron söyləyib. “

İslamçı separatizm azadlıq və bərabərlik, respublikanın bölünməzliyi və millətin zəruri birliyi ilə uyğun gəlmir, lakin hər hansı bir dinin ləkələnməsi məsələsi yoxdur” –deyə Fransa lideri bildirib. Buna baxmayaraq Fransa prezidenti vurğulayıb ki, "respublikada din qanunlarının respublika qanunlarından daha yüksək ola biləcəyini heç vaxt qəbul etmək olmaz." Xüsusilə, "kiminsə qadın olduğu üçün bir qadınla əl sıxmaqdan imtina etməsini qəbul etmək olmaz" və "respublikada evlənmək üçün qadınlardan bakirəlik sənədi tələb edilə bilməz".

Makronun fikrincə, bu istiqamətdə ən aktual vəzifələrdən biri də dini sahədə xarici təsirə qarşı mübarizədır. Beləliklə, Fransa "ezam edilmiş imamları" qəbul etməyi dayandırmalı və onların hazırlanmasını respublikada təşkil etməlidir.

P.S. Fransa prezidentinin bu çıxışından sonra bu Avropa ölkəsinə Türkiyə və Əlcəzairdən din xadimlərinin göndərilməsinə qadağa qoyulub...

P.P.S. Halbuki, “İslam” maskası altında separatist və terrorçu qrupları formalaşdırıb maliyyələşdirən elə Makronun arxasında dayanan və gerçək İslamla həqiqi mübarizə aparan super güclərdir…
Sultan Laçın

Conflict.az

  • Sosial şəbəkədə paylaş