Paşinyan Qarabağa gəlir

Gündəm / Siyasət

79

Paşinyan Qarabağa gəlir
Ermənistan Baş naziri Nikol Paşinyan fevralın sonlarında yenidən Azərbaycanın işğal altında saxlanılan Qarabağ ərazisinə gələcək.

Paşinyan Ermənistan və qondarma rejimin "təhlükəsizlik şurası"nın birgə iclasını keçirəcək.

İclasda Qarabağda son vaxtlar qeydə alınan qeyri-döyüş itkiləri, xüsusən intiharların sayının artması, həmçinin, martın 31-də keçiriləcək qondarma prezident və parlament "seçkilər”ndə sabitliyin qorunması müzakirə olunacaq.

Paşinyanın səfərinin fevralın son ongünlüyündə baş tutacağı vurğulanıb.

Conflict.az