İsrail Türkiyənin S-400 havadan müdafiə sisteminə qarşı indidən tədbir görür.
İsrail Hərbi Hava Qüvvələrinin artıq S-400-lərə qarşı F-35 pilotlarını hazırladığı haqda məlumat yayılıb.
Qeyd olunur ki, İsrail bu günə qədər 50 ədəd F-35 təyyarəsi almaq üçün müqavilə imzalayıb. Daha 25-ni də sifariş etmək istəyir.
İsrailli hərbi mütəxəssislərin fikrincə, F-35-lər, Suriyadakı S-300 kimi, Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemlərini məğlub edə biləcək yeganə təyyarədir. F-35-in inkişaf etmiş elektron, təhlükəsizlik sistemləri və digər sensorlar əsasən ABŞ tərəfindən qorunur.
Aralıq dənizindəki qaz ehtiyatları ilə bağlı mövcud mübahisənin böyük münaqişələrə səbəb olma potensialı da nəzərdən keçirilir.
Conflıict.az