Sizin reklam burada
Sizin reklam burada

Sarkisyanın məhkəməsinin vaxtı bilindi

Sarkisyanın məhkəməsinin vaxtı bilindi
Ermənistanın sabiq Prezidenti Serj Sarqsyanın ilk məhkəmə iclasının vaxtı məlum olub.

“Sputnik Ermənistan” xəbər verir ki, “dizel işi” üzrə məhkəmənin hazırlıq iclası fevralın 25-də, saat 15:00-da keçiriləcək.

Məhkəmə işinə hakim Vaqe Misakyan baxacaq.

Keçmiş prezident “Flash” şirkətinə himayəçilik etməkdə ittiham edilir.

Şirkət rəqibindən (təxminən bir milyon dollar fərqi ilə) daha yüksək qiymət təklif etsə də, dizel yanacağının tədarükü üçün tenderi qazanıb. Bununla da dövlətə külli miqdarda ziyan dəyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş