Sizin reklam burada
Sizin reklam burada

"Danışıqlar üçün onlarla mesaj göndərib..."

"Danışıqlar üçün onlarla mesaj göndərib..."

"ABŞ danışıqlar üçün onlarla mesaj göndərib. Mən Nyu-Yorkda olan zaman mənə beş dəfə müxtəlif vasitələrdən müzakirə mesajları gəldi. Əgər biz sanksiyalar qarşısında məğlub olmuşuqsa onda niyə hər dövləti vasitəçi kimi göndərməyə can atırlar?!"

İRNA xəbər verir ki bunu İran prezidenti Həsən Ruhani Tehranda nazirlər kabinetinin toplantısında çıxışı zamanı deyib.

Həsən Ruhani bildirib ki, ABŞ onlara danışıqlarla bağlı onlarla mesaj göndərib və müxtəlif dövlətləri vasitəçi kimi önə çəkib.

Həsən Ruhani bu çıxışında nüvə sazişinin vəziyyətinə də aydınlıq gətirib. O ABŞ-ın birtərəfli qaydada çıxmasına baxmayaraq bu sazişin hələ də mövcud olduğunu və tərəflərə fayda verdiyini bildirib. İran prezidenti eyni zamanda Avropa tərəfini də nüvə sazişindəki öhdəliklərini yerinə yetirməyə çağırıb.

İran prezidenti ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına ziyanlar vurduğunu bildirib və bu sanksiyaların bir qisminin mənfi təsirlərinin aradan qaldırıldığını bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş