Dəhşətli epidemiya sürətlə yayılır

Gündəm / Səhiyyə

92

Dəhşətli epidemiya sürətlə yayılır
Koronavirus (Kovid-19) Çindən kənarda 24 ölkə, eləcə də Çinlə münaqişə vəziyyətində olan Tayvan adasında yayılıb.

Epidemiyadan 1526 nəfər həyatını itirib. Onlardan 1522-si Çin, 1 Honkong Xüsusi İnzibati Bölgəsi, 1-i Fransa, 1-i Yaponiya, 1 isə Filippin vətəndaşıdır.

Çinin materik hissəsində 66 492, Honkongda 56, Makao Xüsusi İnzibati Bölgəsində 10, Tayvanda 18 nəfər virusa yoluxub.

Koronavirusun yayıldığı ölkələrin siyahısı belədir:

Yaponiya 337, Sinqapur 67, Tailand 34, Cənubi Koreya 28, Vyetnam 16, Almaniya 16, ABŞ 15, Avstraliya 14, Fransa 11, İngiltərə 9, Birləşmiş Ərəb Əmirlikləri 8, Kanada 8, Filippin 3, Hindistan 3, İtaliya 3, Rusiya 2, İspaniya 2, Belçika 1, Nepal 1, Şri Lanka 1, İsveç 1, Kamboca 1, Finlandiya 1, Misir 1.

Conflict.az