MSK yayılan videolara görə təşəkkür etdi

Gündəm / Cəmiyyət

84

MSK yayılan videolara görə təşəkkür etdi
Bizim mövqeyimiz bundan ibarətdir ki, sosial şəbəkələrdəki görüntülərin 90-95 faizi hazırda orada olanlardır. Bu jurnal-qəzet deyil ki, sonradan hazırlansın. Əslində sosial şəbəkələr çox gözəl imkandır. İnsanlar pozuntuları yazısız-pozusuz çəkib bizə göndərirlər. Biz bloggerlərə böyük minnətdarlığımızı bildiririk. Onlar həqiqətən də böyük iş görüblər.

Bunu MSK-nın iclasında Məzahir Pənahov bildirib.

O qeyd edib ki, bununla belə sui-istifadə haları da müşahidə olunub:

“Onlara məntəqələrə daxil olmaq şəraitini biz yaratmışıq. Mən heç vaxt deməmişəm ki, məntəqələrdə çəkiliş aparmaq olar, yaxud olmaz. Bu, Seçki Məcəlləsinin tələbidir. Müşahidəçinin ancaq gördüyü pozuntuları qeydə almaq hüququ var. Məcəllədə olmayan hüquqları olduğunu deyib bunun Seçki Məcəlləsində olduğunu deyirlər. Təsəvvür edin ki, müşahidəçi komissiya üzvünə müşahidə aparmağa mane olduqlarını deyir. Bu qanunun birbaşa pozuntusudur. Hətta, cinayət xarakterli pozuntudur. Seçkini həyata keçirmək prosesi ilə bağlı səlahiyyət ancaq məntəqə seçki komissiyasının üzvlərinə aiddir. Bununla belə deməliyəm ki, peşəkar jurnalistlər özlərini səsvermə günü çox yaxşı apardılar”.

Conflict.az