Türk ordusu məhv etdi

Gündəm / Dünya

102

Türk ordusu məhv etdi
Türkiyə Silahlı Qüvvələri Hələbin qərbində yerləşən Əsəd rejiminin hədəflərini raket zərbələri ilə vurub.

Bu barədə "Yeni Akit" məlumat yayıb.

Bildirilir ki, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mesajından sonra bölgədə gərginlik pik həddə çatıb.

Qeyd edək ki, bir müddət öncə Ərdoğan türk əsgərlərinə hücum olacağı təqdirdə Əsədin qüvvələrini vuracaqlarını bəyan edib.

Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 55 əsgəri zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Conflict.az