Rəis intihar etdi

Gündəm / Dünya

107

Rəis intihar etdi
Rusiya Federal Penitensiar Xidmətinin (FPX) Avtonəqliyyat İdarəsinin keçmiş rəisi Viktor Sviridov Moskvanın Çertanovski məhkəməsinin salonunda intihar edib.

Bu barədə RİA “Novosti” xəbər verir.

Hadisənin başvermə şəraiti aydınlaşdırılır.

Qeyd edək ki, V.Sviridov qurumun keçmiş direktor müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham edilirdi.

Hökmdən əvvəl o, ev dustağı idi. Hakimin məhkəmə zalında saxlanma barədə hökmü elan etməsindən sonra V.Sviridov özünü güllələyib.

Conflict.az